“Baharın on yeddi anı” filminin aktrisası infarkt keçirdi: Acından ölmək üzrədir - FOTO

1-12-2023, 16:09           
“Baharın on yeddi anı” filminin aktrisası infarkt keçirdi:
“Baharın on yeddi anı” filminin aktrisası Natalya Drojjina infarkt keçirib. Xəstəliyin fəsadına görə aktrisa acından ölə bilər.

Bu barədə ona yaxın mənbələr bildiriblər.

Məlumata görə, aktrisanın infarktdan sonra üzü iflic olub. Bu səbəbdən o, demək olar ki, danışmağı dayandırıb və çətinliklə yemək yeyə bilir.

Hazırda Drojjinanın çəkisinin 41 kiloqrama düşdüyü deyilir. Aktrisa həmçinin nəfəs darlığı, başgicəllənmə və yorğunluqdan şikayətlənir.

Mütəxəssislər Drojjinanın nitqini və çeynəmə funksiyasını bərpa etməyə çalışıblar, lakin nəticəsiz olub.
Qeyd edək ki, sovet və Rusiya kino aktrisası, Rusiyanın əməkdar artisti Natalya Drojjina “Baharın on yeddi anı” filmində ofisiant rolu ilə tanınıb. Bundan başqa o, “İnterqız”, “Böyük bacı”, “Balzaminovun evliliyi”, “Başsız atlı” və sair filmlərdə də rol alıb.



Mənbə: “Shot” “Telegram” kanalı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru