Hollivud aktrisası Ancelina Coli keçmiş əri Bred Pitti ona və uşaqlarına qarşı fiziki zorakılıqda ittiham edib.
Qeyd olunur ki, Coli keçmiş əri ilə ortaq bizneslərinə zərər verməmək üçün məlumatı açıqlamasını qadağan edən gizli razılaşmaya görə, əvvəllər bu barədə susub.
Xatırladaq ki, Coli 2016-cı ildə Pittdən boşanmaq üçün məhkəməyə müraciət edib. Aktyorların boşanma prosesi üç il davam edib. Buna səbəb aktyorun övladlığa götürdüyü oğlu Meddoksu döyməsi olub. İndi məlum olub ki, bu, yeganə hal deyil. Colinin sözlərinə görə, 2016-cı ilə qədər ona qarşı fiziki zorakılıq epizodları olub. Keçmiş ərinin cütlüyə məxsus üzüm bağlarını bərabər bölmək üçün imzalamağa məcbur olduğu razılaşmaya görə, aktrisa bu barədə danışmayıb.