Zağulbanın "sahib"ləri... Sahibsiz itlər kiməsə hücum edəndə heyvan müdafiəçilərinin səsi çıxmır? - Video
Bu gün, 11:08

“Sahibsiz küçə itləri” problemini bütün ölkə üzrə yaşayırıq. Əslində inkişaf etmiş ölkələrdə müxtəlif üsullarla bu heyvanları zərərsizləşdirirlər. Uzağa getməyək, elə Türkiyədə sahibsiz küçə itlərini bələdiyyələr quduzluğa qarşı peyvəndləyirlər. Bunlarla bağlı onların qulağına xüsusi çip vurulur ki, vətəndaşlar onun zərərsiz olduğundan xəbərdar olsun.
Azərbaycanın istər şəhərlərində, istər kənd və qəsəbələrində sahibsiz küçə itləri saysız-hesabsızdır. Gözlə görünən nümunə, elə Pirşağı kəndində gecə saatlarında küçəyə çıxmaq mümkün deyil. Burada sahibsiz küçə itləri sürü şəklində gəzir.
Videoda gördüyünüz görüntülər Zağulbada dəniz sahilindəndir. Burada da itlər sürü halında yaşayır. Sürü halında yaşamaq onları həm təhlükədən qoruyur, həm də qida axtarışı zamanı bir-birinə kömək edə bilirlər.
Sahibsiz küçə itlərinin hüquqlarını qoruyan çox sayda heyvan müdafiəçisi var. Amma etiraf etməliyik ki, bu sahibsiz itlər hansısa bir vətəndaşa və ya uşağa hücum edəndə heyvan müdafiəçilərinin səsi çıxmır. Yaxşı olardı ki, bu heyvanlara da zərər vermədən onlar haqqında bir tədbir görüləydi. Məsələn; dənizkənarında oturub sahili seyr etdiyin zaman it səsindən qorxub, niyə uzaqlaşmalısan ki? Bu səbəbdən hər bir ərazi üzrə sahibsiz küçə itləri haqqında təsbir görülməlidir.
İradə Cəlil, Bizimyol.info