“Taxt-tac oyunları” serialının pərəstişkarlarını kədərləndirəcək xəbər - FOTO

11-04-2024, 15:04           
“Taxt-tac oyunları” serialının pərəstişkarlarını kədərləndirəcək xəbər - FOTO
Əsas personajı Con Snounun olacağı güman edilən “Taxt-tac oyunları”nın (“Game of Thrones” /2011–2019) spin-off seriyası ləğv edilib.

Bu barədə qəhrəmanı canlandıran aktyor Kit Harinqton müsahibəsində bildirib.

Onun sözlərinə görə, süjet üçün hər kəsi həyəcanlandıracaq uyğun hekayə tapmaq mümkün olmadığı üçün hazırda çəkiliş planları yoxdur.

“Ona görə də onun icrasını hələlik bir kənara qoymaq qərarına gəldik. Ola bilsin ki, gələcəkdə biz buna qayıdacağıq, amma hazırda yox”, - deyə o bildirib.
Qeyd edək ki, 2022-ci ildə ABŞ-nin HBO studiyasının “Taxt-tac oyunları”nın növbəti spin-offunu hazırlamağa başladığı barədə xəbər yayılmışdı.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru