"Natavanla mən barışanda bunu Oksana qəbul etmədi"

23-08-2016, 11:13           
"Natavanla mən barışanda bunu Oksana qəbul etmədi"
“Bunu yazmağı özümə borc bildim. Oksana Rəsulova və Natavan Həbibi illərlə yaxın rəfiqə idilər. Mənim Natavanla iki il ərzində davalarımda Oksana hər zaman öz rəfiqəsinin tərəfini saxlayaraq, mənlə münasibətləri pozdu. Bu normal haldır. Amma Natavanla mən barışanda bunu Oksana qəbul etmədi”.

Axşam.az-ın məlumatına görə, bu sözləri prodüser Tarix Əliyev (Tolik) İnstaqram səhifəsində yazıb.

Tolik rəqqasə Oksana Rəsulova ilə müğəni Natavan Həbbinin küsülü olmasının səbəbini açıqlayıb.

Prodüser eyni zamanda xalq artisti Aygün Kazımova ilə illərdi küsülü olan rəqqasənin barışmasına münasibət bildirib:

“Bu gün mən Oksana ilə danışıram, bu yaxınlarda mənə onu reklama çəkmək istədiklərini dedilər. Mən də Oksanaya zəng vurub, onu onlarla görüşdürdüm. İndi Oksana Natavanla danışmır, bu onların işidir.

Bəziləri boş-boş danışmasın ki, Oksana Natavanın acığına Aygünlə barışıb. Oksana heç vaxt Aygün Kazımova ilə Natavandan yaxın rəfiqə ola bilməz. Aygün Kazımovanın belə reklama ehtiyacı yoxdur. Bir konsertdə çıxış etmək (Oksana pulunu alıb, Rəhim Rəhimli ilə bir mahnı oynayıb) çox şey demək deyil. Bəlkə Rəhimin yeni iddiasıdır: konsertdən qabaq gündəm. Yenə də inanmıram. Nəyin nə olduğunu yaxşı bilirəm.

Bu şou-biznesdə kimlərinsə hesabına konsertlər verib, sonra onun düşmənləri ilə rəfiqə olanlar gördük. Siz bilməsəniz də, mən bunların ağını da, qarasını da bilirəm. Sözü olan nömrəmi bilir, mənə yığa bilər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru