Azərbaycan təmsilçiləri “Avroviziya-2024” mahnı müsabiqəsində finala keçə bilmədilər - VİDEO

8-05-2024, 08:27           
Azərbaycan təmsilçiləri “Avroviziya-2024” mahnı müsabiqəsində finala keçə bilmədilər - VİDEO
İsveçin Malmö şəhərində keçirilən 68-ci "Avroviziya-2024” mahnı müsabiqəsində ikinci yarımfinalda iştirak edəcək ölkələrin adları açıqlanıb.

Oxu.Az xəbər verir ki, gecədə 15 ölkənin təmsilçisi mahnılarını səsləndirib.

Yarışmada "Özünlə apar” mahnısını ifa edən təmsilçilərimiz Fahree (Fəxri İsmayıl) və İlkin Dövlətov finala çıxa bilməyiblər.

Serbiya, Portuqaliya, Sloveniya, Ukrayna, Litva, Finlandiya, Kipr, Xorvatiya, İrlandiya, Lüksenburq kimi ölkələrin təmsilçiləri isə finala vəsiqə qazanıblar.

Qeyd edək ki, yarışmanın ikinci yarımfinalı mayın 9-da, final isə mayın 11-də keçiriləcək.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru