Cennifer Lopez Azərbaycanda çıxış edə bilər

22-05-2024, 08:29           
Cennifer Lopez Azərbaycanda çıxış edə bilər
"Enrike İqlesias, Cennifer Lopez və Riki Martinlə danışıqlar aparılır".

Media.az-ın məlumatına görə, bunu müğənni, Azərbaycanın Xalq artisti Emin Ağalarov iyulun 23-dən 28-dək Xəzər dənizinin sahilindəki "Sea Breeze Resort"da keçiriləcək "DREAM FEST 2024"ə həsr olunmuş mətbuat konfransında deyib.

"Bu yay üçün kiminsə təsdiqlənəcəyinə əmin deyiləm, amma ümid edirəm ki, onlardan biri gələ biləcək. Gələn yay bizdə Lenni Kravitz olacaq. Sənətçilər yüksək səviyyəlidirlər, bir-iki il öncədən işlərini planlaşdırırlar. Bu, çətin prosesdir", - deyə Xalq artisti bildirib.

E.Ağalarovun sözlərinə görə, bu il üçün Ceyson DeRulo, Cek Savoretti və bəzi digər ulduzların da adı təsdiqlənib.

"Siyahı daha sonra açıqlanacaq. Deyə bilərəm ki, dünyanın hər yerindən ifaçılarımız var", - o qeyd edib.

E.Ağalarov onu da bildirib ki, populyar musiqi tarixinin ən uğurlu prodüserlərindən biri kimi tanınan kanadalı müğənni və klaviatura ifaçısı Devid Fosterin gecəsi çərçivəsində Nikol Şerzinger və Ketrin Makfi ilə duet oxumağı planlaşdırır. Tədbir musiqi festivalı çərçivəsində baş tutacaq.

"Sənətçilər Fosterin hazırladığı mahnıları ifa edəcəklər", - E.Ağalarov vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru