"Oskar" mükafatı laureatı Rassel Krou qarışıq döyüş sənətinə (MMA) həsr olunmuş filmdə rol alacaq. Bu barədə "Variety" məlumat yayıb.
Filmin işçi adı "İçimdəki vəhşi"dir.
Krou filmda keçmiş MMA döyüşçüsü olan baş qəhrəmanın məşqçisi rolunu oynayacaq. O, qəhrəmanı məşq etdirəcək, ailə üzvünün ölümünün qisasını almağa kömək edəcək və "One Championship"i qazanmasına dəstək olacaq.
Filmin istehsalına bu ilin sonunda başlanacağı və 2025-ci ilin əvvəlinə qədər davam edəcəyi gözlənilir.
Çəkilişlərdən biri Banqkokda, xüsusən də "One Championship"in yanvarda turnir keçirəcəyi "Impact Arena"da olacaq. Filmin çəkilişlərinin döyüş həftəsində aparılacağı gözlənilir. Krounun da Banqkokda görünəcəyi bildirilir.