Müştərilər pullarını “Bank BTB”dən geri götürüblər

21-04-2025, 12:09           
Müştərilər pullarını “Bank BTB”dən geri götürüblər
Müştərilər tərəfindən “Bank BTB” ASC-yə yerləşdirilən depozitlərin həcmi azalıb.

TEREF Yeniavaz.com-a istinadən xəbər verir ki, 2024-cü ilin ilk rübü ilə müqayisədə 2025-ci ilin ilk rübündə müştərilərin bankdakı depozitləri 1,8% və ya 2,8 milyon manat azalıb.

Bu ayın əvvəlinə olan məlumata görə, müştərilərin bankda 146,9 milyon manat depoziti olub.

Məlumat üçün bildirək ki, bankın səhmlərinin 74,99%-i Mehdiyeva Nigar İsmayıl qızına, 19,01%-i Sadiq Rza İsmayıl oğluna, 6%-i isə Mahmudova Tükəzban Ağa qızına məxsusdur.

Qeyd edək ki, “Bank BTB”nin əsas səhmdarı olan Nigar İsmayıl qızı Mehdiyevanın Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin gəlini olduğu bildirilir. Bankın digər səhmdarı Sadiq Rza İsmayıl oğlu isə onun qardaşıdır.

Onu da qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən banklar arasında ötən ili zərərlə başa vuran yeganə bank “Bank BTB” ASC olub. Açıqlanan maliyyə hesabatında bankın xalis zərərinin 839 min manat olduğu qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru