Kianu Rivzin növbəti rolu məlum oldu

Bu gün, 15:28           
Kianu Rivzin növbəti rolu məlum oldu
Hollivud ulduzu Kianu Rivz "Dogstar" və "Weezer" rok qruplarının rəqabətindən bəhs edən sənədli filmdə rol alacaq.

Bu barədə insayder Ceff Snayder məlumat yayıb.

Onun sözlərinə görə, "Con Uik" filminin ulduzu bu yaxınlarda çəkiləcək layihədə əhəmiyyətli yer alıb.

Rollarda, həmçinin Culyetta Lyuis, Erik Andre, Conni Noksvill və Ben Şvarts, eləcə də hər iki qrupun üzvləri çəkiliblər.

Filmin rejissorları "Paranormal hadisə" filmləri ilə tanınan Henri Cust və Ariel Şulman olacaq.

Qeyd edək ki, "Weezer" rok qrupu 1990-cı illərin əvvəllərində yaranıb və ilk çıxışını 1992-ci ildə Los-Ancelesdə "Dogstar"ın konsertində açılış qrupu kimi edib. Kianu Rivz özü də "Dogstar"ın üzvü olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.