Teylor Svift məşhur filmin yeni versiyasında çəkiləcək

21-04-2025, 11:58           
Teylor Svift məşhur filmin yeni versiyasında çəkiləcək
Dünya şöhrətli müğənni Teylor Sviftin kinematoqrafiyaya iddialı gəlişi gözlənilir.

"Türkiye Gazetesi" xəbər verir ki, Svift 1992-ci ildə ekranlara çıxmış "Bodyguard" ("Cangüdən") filminin yeni versiyasında baş rolu canlandıracaq.

Filmin orijinal versiyasında əfsanəvi müğənni Uitni Hyustonun baş rolu oynadığı film dünya miqyasında böyük əks-səda doğurmuşdu.

Filmdə Sviftin tərəf müqabili qismində Bred Pitt, Ben Afflek və ya Tom Kruz kimi Hollivud ulduzlarının nəzərdən keçirildiyi bildirilir. Lakin indiyə qədər heç bir rəsmi açıqlama verilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru