Çindən ABŞ-yə daha bir ZƏRBƏ!

Bu gün, 15:50           
Çindən ABŞ-yə daha bir ZƏRBƏ!
Çin dövlət fondları Donald Trampın ticarət müharibəsi səbəbindən Amerikanın özəl kapitalına yeni investisiyaları dayandırıb. İnvestisiya şirkətlərinin rəhbərləri bildiriblər ki, Çin fondları son həftələrdə ABŞ-nin özəl kapital şirkətlərindən geri çəkilir.
Ajans.az xəbər verir ki, bu barədə “Financial Times” yazıb.

Qərarın Çin hakimiyyətinin təzyiqi ilə əlaqəli olduğu bildirilir. Bəzi fondlar birbaşa ABŞ şirkətlərinə investisiya qoymaqdan da çəkinirlər.

Səbəb ABŞ-nin Çin ixracına 145%-ə çatan yeni tarifləridir. Pekin 125% tariflərlə cavab verib. Bu, çinli investorların Amerika bazarına yanaşmalarını yenidən nəzərdən keçirməsinə səbəb olub. Əgər öhdəliklər hələ imzalanmamışsa, onlar yeni vəsaitlərdən imtina edirlər və əvvəllər planlaşdırılan investisiyaları dayandırırlar. Belə fondlar arasında Çin İnvestisiya Korporasiyası (CIC) var.

Çin əvvəllər ABŞ-nin Blackstone, TPG və Carlyle kimi qruplarına milyardlarla dollar sərmayə qoyub. Lakin CIC-in ABŞ-dəki sərmayələri son illərdə artıq azalmaqdadır. Fond pul vəsaitlərini Avropa, Asiya və Yaxın Şərq ölkələrinə yönəltməklə portfelini şaxələndirir. Digər investorlar, o cümlədən Kanada və Avropa pensiya fondları da geosiyasi gərginlik səbəbindən öhdəliklərinə yenidən baxırlar.

Çin Xarici İşlər Nazirliyi də aydınlaşdırıb ki, Çin tərəfi ticarət müharibəsindən qorxmadığı üçün Amerika tariflərinə cavab vermək niyyətində deyil. Pekin ABŞ-nin hərəkətlərini “rəqəmlər oyunu” adlandırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.