DİM-in TƏHSİL BAZARI BAĞLANIR - GÖRÜNƏNİ BUDUR...

Bu gün, 12:44           
DİM-in TƏHSİL BAZARI BAĞLANIR - GÖRÜNƏNİ BUDUR...
"Repetitorluq dövrü başa çatır. DİM rəsmlərinə məxsus kursların çöküşü başlayacaq. Son iki gündür buraxılış imtahanlarının nəticələri geniş müzakirə olunur". "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında təhsil üzrə ekspert Məzahir Məmmədli yazıb.

O daha sonra bildirir: "Əziz dostlar, görünən odur ki, illərdir təhsilin “olmazsa-olmazı” kimi qəbul etdiyimiz repetitorluq sistemi tədricən sıradan çıxır. DİM-in qismən mövqe yumşaltması həm şagirdlərin, həm də valideynlərin üzünü güldürüb. Artıq son iki ilin nəticəsinə görə maksimum nəticə göstərən şagird sayı təxminən 100 nəfərə catıb. (Keçən il 55 bu il bu rəqəm 43-dür).

Bu nəticələr arasında yalnız məktəb təhsili ilə uğur qazanan, repetitor yanına getməyən şagirdlər də var.

DİM rəhbərliyinə aid olan kursların da populyar olduğu, “bunker müəllimlər” dövrü kimi tanınan 1994-95-ci illərdən bu yana formalaşmış sistem artıq arxada qalır. Bu il müxtəlif liseylər, gimnaziyalar, hətta kənd məktəblərindən belə yüksək nəticə göstərən şagirdlərin sayı artıb. Nümunə kimi bu günlərdə sosial şəbəklərdəki müzakirələri ğöstərə bilərik. Gəncədə bir liseyin şagirdləri 90% yüksək nəticə əldə edib, Lənkəranın Vilavur kəndindən olan məzunların əksəriyyəti isə repetitor dəstəyi olmadan yüksək nəticələr göstəriblər. Ucqar rayonlardan maksimum 300 ballıq bir neçə məzunlarımız oldu.

DİM -in hegamoniyası bitir".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.