Bu məsələ “ailə daxilində” həll olunacaq – Ankara səfirlik skandalını sakit diplomatiya ilə yoluna qoyacaq

21-04-2025, 12:56           
Bu məsələ “ailə daxilində” həll olunacaq –
Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurası son iclasını Şimali Kiprdə keçirəcək.

Türkiyənin “Türkiye Gazetesi”nin xəbərinə görə, Qazaxıstan, Özbəkistan və Türkmənistanın yunan Kiprində səfirlik açmaqla bağlı atdıqları mübahisəli addım türk ölkələri tərəfindən “ailə daxilində” həll olunacaq.

Qeyd olunur ki, təşkilatın Ağsaqqallar Şurasının 17-ci toplantısı mayın 1-2-də keçiriləcək və iclasın ən əhəmiyyətli gündəmi adıçəkilən ölkələrin aldıqları qərarın müzakirəsi olacaq.

Qeyd olunur ki, bu ölkələr Avropa Birliyinin təzyiqləri səbəbindən belə bir addımı atmağa məcbur olublar. Bildirilir ki, Tacikistan Avropa Birliyinin iqtisadi təzyiqləri səbəbindən bəyannamənin müvafiq hissələrini dəstəkləmək məcburiyyətində qalıb. Aİ Özbəkistanı da genişləndirilmiş tərəfdaşlıq danışıqlarını və investisiyaları dayandırmaqla hədələyib. Həmçinin Qazaxıstana da təzyiq edildiyi öyrənilib.

Türkiyə nəşri yazır ki, rəsmi Ankara bu addımın yunanlara üstünlük gətirəcəyini düşünərək ictimai reaksiya verməkdən çəkinib. Bildirilir ki, Şimali Kiprdə keçirilən görüşdə problem sakit diplomatiya yolu ilə həll olunacaq.

“AzPolitika.info”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru