Bakıda 28 ailə qəzalı binada YAŞAYIR? - ŞİKAYƏT

Bu gün, 11:38           
Bakıda 28 ailə qəzalı binada YAŞAYIR? - ŞİKAYƏT
Bakının Xətai rayonu, NZS yaşayış məntəqəsi, Marat Əmirxanov 19 ünvanında yerləşən yaşayış binası qəzalı vəziyyətdədir.

Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, binanın damı uçub-tökülür, eyvanları isə təhlükə saçır.

Sözügedən 6 bloklu 3 mərtəbəli binada 28 ailə yaşayır.

Sakinlər iddia edirlər ki, binanın damını illər əvvəl dəfələrlə öz vəsaitləri hesabına təmir ediblər.

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, bina artıq paytaxtdakı qəzalı binaların siyahısına daxil edilib.

Qeyd olunan ünvandakı qəzalı bina ilə bağlı da müvafiq qərar veriləcək.

Ətraflı süjetdə:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.