Ehtiyacı olana yox... rüşvət verənə SOSİAL YARDIM... - MALƏSƏF... Bu faktdır...

Bu gün, 15:14           
Ehtiyacı olana yox... rüşvət verənə SOSİAL YARDIM... - MALƏSƏF... Bu faktdır...
Quba rayonunun Susay kənd sakini Mətanət Ələkbərova müraciət edərək sosial problemlə üzləşdiyini bildirir. "DİA-AZ" xəbər verir ki, Ələkbərova 3 övladənın olduğunu və maddi durumunun yaxşı olmadığını qeyd edir.

O, dəfələrlə ünvanlı sosial yardım almaq üçün müvafiq dövlət qurumlarına müraciət etsə də, hər dəfə müraciətinə əsassız şəkildə imtina cavabı gəldiyini deyir. Şikayətçi qeyd edir ki, qaydalara əsasən, müraciət edildikdən sonra, 15 gün ərzində ailənin maddi vəziyyətinin yoxlanılması üçün aidiyyəti qurumlardan nümayəndə gələrək baxış keçirməlidir. Müraciətindən 10 ay keçməsimə baxmayaraq heç bir yoxlama aparılmayıb. Onunun ifdiasına görə rəsmi əsas göstərilmədən ona imtina cavabı verilir.

Vətəndaşın sözlərinə görə, sosial yardım almaq üçün müəyyən texniki və maliyyə şərtləri o cümlədən 6 ay müddətində vergi ödəyicisi olmaq tələbi onun üçün mümkünsüzdür, çünki ailəsinin dolanışığını çətinliklə təmin edir.

Həmçinin Ələkbərova iddia edir ki, bəzi hallarda vətəndaşlar rüşvət verməklə ünvanlı sosial yardım ala bilirlər. Bu isə onun kimi həqiqətən ehtiyacı olan insanların yardım alma imkanlarını daha da məhdudlaşdırır. Vətəndaş aidiyyəti qurumlarına müraciət edərək, onun müraciətinin araşdırılmasını xahiş edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.