Tailandda turistləri yumurta atəşinə tutdular

Bu gün, 12:28           
Tailandda turistləri yumurta atəşinə tutdular
Tailandda turistlərə yumurta atan mototaksi sürücüsü həbs edilib.

Oxu.Az xəbər verir ki, bu barədə "Khaosod" nəşri məlumat yayıb.

Hadisə Hua Hin kurort şəhərinin dəmiryol stansiyasında baş verib.

Mavrikidən olan turist sosial şəbəkələrdə "GrabCar" tətbiqi vasitəsilə taksi sifariş etdiyini, lakin vağzalı tərk edə bilmədiyini bildirib. Çünki kimsə maşına yumurta ataraq həm insanları, həm də maşını çirkləndirib.

Vəziyyətlə polis maraqlanıb və araşdırma nəticəsində məlum olub ki, 12-17 aprel tarixləri arasında bu ərazidə oxşar hadisələr üç dəfə baş verib.

Xuliqanlar - mototaksi sürücüsü işləyən gənc və onun dostu tezliklə yaxalanıb. Saxlanılan şəxslərin etirafılarına görə, bu hərəkətin səbəbi son zamanlar fərdi taksi xidmətindən əldə olunan gəlirin azalması səbəbindən yaranan stress olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.