Moskvada naməlum şəxs Altufevskoe şossesində yerləşən " Vosxod" otelində atəş açıb. Ajans.az xəbər verir ki, bu barədə “360 ChP” Telegram kanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, əlində silah olan şəxs otaqlardan birinə soxulub, daha sonra qonaqlar silah səslərini xatırladan səsləri eşidiblər.