İki milyona yaxın Qəzza sakiləri qida mənbələrindən məhrumdurlar- BMT

21-04-2025, 16:25           
İki milyona yaxın Qəzza sakiləri qida mənbələrindən məhrumdurlar- BMT
Təxminən 2 milyon insanın heç bir qida mənbəyi olmadan yaşadığı Qəzza zolağında humanitar böhran getdikcə pisləşir.

Trend-in məlumatına görə, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) bildirib.

“Qəzza zolağında humanitar böhran getdikcə artır. Əksəriyyəti köçkün olan 2 milyona yaxın insan hazırda heç bir gəlir mənbəyi olmadan yaşayır və ərzaq ehtiyaclarını ödəmək üçün tamamilə humanitar yardımdan asılıdır”, – deyə bildirilib.

Ümumdünya Ərzaq Proqramı anklavda “ərzaq ehtiyatlarının kəskin azalması və əsas həyati xilasedici resursların kəskin çatışmazlığından ciddi narahatlığını” ifadə etdi.

Qeyd edilib ki, kritik vəziyyəti İsrailin Qəzza zolağına həyati əhəmiyyətli ərzaq ehtiyatlarının çatmasına mane olan sərhəd keçidlərini bağlaması daha da ağırlaşdırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru