Rafinya Neymarın rekordunu təkrarladı

21-04-2025, 12:38           
Rafinya Neymarın rekordunu təkrarladı
"Barselona"nın oyunçusu Rafinya Avropanın top-5 liqalarında braziliyalı futbolçular arasında bir mövsümdə ən çox qol+pas göstəricisində klubun sabiq hücumçusu Neymarla bərabərləşib.

Championat.com xəbər verir ki, hər iki futbolçu 51 faydalı hərəkətlə qol+pas rekorduna imza atıb.

Cari mövsümdə Rafinya 30 qol və 21 asistlə fərqlənib. Neymar isə 2015/2016 mövsümündə 31 qol vurub və 20 faydalı ötürmə edib. Bu siyahının üçüncüsü də Neymardır. O, 2017/2018 mövsümündə "PSJ"də çıxış edərkən 28 qol və 16 assistlə yadda qalıb.

Rafinya hazırkı mövsümün qalan hissəsində ən azı 6 La Liqa oyununda, Çempionlar Liqasının 2 yarımfinal görüşündə və İspaniya Kubokunun finalında iştirak edə və rekordu qıra bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru