Ağırlıq qaldırmağın inanılmaz faydaları üzə çıxdı

Bu gün, 12:48           
Ağırlıq qaldırmağın inanılmaz faydaları üzə çıxdı
Braziliyanın Kampinas Dövlət Universitetinin (UNICAMP) alimləri bəyan ediblər ki, müntəzəm ağırlıq məşqləri yaşlı insanlarda idrak funksiyalarını və beynin quruluşunu əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.

Oxu.Az xəbər verir ki, "GeroScience" jurnalında dərc edilən araşdırmada yüngül idrak pozğunluğu olan 44 nəfər iştirak edib.

Müəlliflərin sözlərinə görə, həftədə iki dəfə məşq edən iştirakçılar şifahi epizodik yaddaşda əhəmiyyətli yaxşılaşma nümayiş etdiriblər. Eyni zamanda, nəzarət qrupundakı məşq etməyən iştirakçılarda göstəricilərin pisləşdiyi müşahidə edilib.

Araşdırma göstərib ki, uzunmüddətli məşqlər demensiyanın inkişafını daha da yavaşlada bilər.

Alimlər izah ediblər ki, məşqlər neyronların böyüməsi üçün vacib zülalların istehsalını stimullaşdırır və orqanizmdə iltihabı azaldır ki, bu da neyrodegenerasiyanın qarşısının alınması üçün həyati əhəmiyyət kəsb edir.

Sağlamlıq












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.