Son dəqiqə:.Vatikan Katolik Kilsəsinin lideri Papa Fransiskin bu səhər saat 07:35-də dünyasını dəyişdiyi açıqlanıb.

Bu gün, 12:13           
Son dəqiqə:.Vatikan Katolik Kilsəsinin lideri Papa Fransiskin bu səhər saat 07:35-də dünyasını dəyişdiyi açıqlanıb.
Katolik kilsəsinin lideri, 88 yaşlı Papa Fransisk bir müddətdir müalicə alırdı. Vatikan Papanın vəfat etdiyini açıqlayıb.

38 GÜN MÜALİCƏ ALDI
Xəstəliyindən sonra 38 günlük müalicənin ardından martın 23-də xəstəxanadan evə buraxılan Papa, 6 aprel bazar günü Müqəddəs Pyotrda görünərək, bölgəni tərk etməzdən əvvəl camaatı salamlayaraq "Hər kəsə xeyirli bazar olsun. Çox sağ olun" deyib.

Oksigen dəstəyi ilə təkərli kürsüdə görüntülənən Papa həmin gün Qəzza üçün yazılı mesaj verib.
MAY AYINDA TÜRKİYƏYƏ GƏLƏCƏKDİ
Papa keçən il verdiyi açıqlamada İznik Şurasının 1700 illiyini qeyd etmək üçün Türkiyəyə səfər etmək istədiyini bildirmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.