Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi

Bu gün, 16:58           
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Hollivud aktyoru Bred Pitt 29 yaşlı yeni sevgilisi İnes De Ramonla toyunu təxirə salıb. Səbəb isə bir çoxlarını təəccübləndirib. Belə ki, onlar dünyaya gələcək uşaq xatirinə bunu ediblər.

Nu barədə "In Touch Weekly" cütlüyə yaxın olan bir mənbəyə istinadla xəbər yayıb.

Bildirilir ki, Bred hazırda məhz bu məsələyə diqqət yetirir.

"Nə qədər tez olsa, o qədər yaxşıdır. Cütlüyün son romantik Avropa səyahəti onlara baş-başa çox vaxt keçirmək və gələcək planlarını müzakirə etmək imkanı verib. Onlar çox tezliklə xoş xəbərləri bölüşmək istəyirlər", - deyə mənbə əlavə edib.

O da bildirilir ki, 60 yaşlı aktyor əla formadadır və özünü enerji ilə dolu hiss edir.

Qeyd edək ki, Bred Pitt və İnes De Ramonun valideyn olmaq istədikləri barədə şayiələr çoxdan dolaşır. Ulduzların ətrafındakılar deyirlər ki, onlar uşaq sahibi olmaq üçün surroqat ana xidmətləri də daxil olmaqla hər cür tədbiri görməyə hazırdırlar.

Bred Pitt üçün atalıq yeni təcrübə deyil. Aktyorun Ancelina Coli ilə evliliyindən altı uşağı var, onlardan üçü övladlığa götürülüb. İnes üçün isə bu, ilk uşaq olacaq.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.