"Qladiator 2"nin ulduzu yeni filmə çəkilir

10-11-2024, 15:23           
"Qladiator 2"nin ulduzu yeni filmə çəkilir
"Qladiator 2" filminin premyerasından sonra Pol Meskal və Ridli Skott yenidən birlikdə çalışacaqlar.

Bu barədə "Deadline" məlumat yayıb.

Məlumata görə, onların gələcək layihəsi yazıçı Peter Hellerin "The Dog Stars" kitabı əsasında çəkilən film olacaq.

Qeyd olunur ki, Skot qarşıdan gələn filmə rejissorluq edəcək, Meskal isə əsas rollardan birini canlandıracaq.

Roman bəşəriyyəti bürüyən pandemiyadan sonra ABŞ-də sağ qalmağa çalışan pilot Hiqanın hekayəsindən bəhs edir. Qəhrəman öz kiçik təyyarəsində yanacağa qənaət etmək üçün yalnız qısa səfərlərə çıxır, lakin bir gün gözlənilmədən başqa bir adamdan siqnal eşidir və böyük səyahətə çıxmaq qərarına gəlir.

Filmin çəkilişlərinə 2025-ci ilin yazında başlanacaq. Tam aktyor heyəti, vaxtı və premyera tarixi hələ açıqlanmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru