"Sözün bitdiyi an" verilişinin yayımı sabahdan dayandırılacaq

2-04-2025, 09:34           
"Sözün bitdiyi an" verilişinin yayımı sabahdan dayandırılacaq
"Kanal S"də yayımlanan "Sözün bitdiyi an" verilişinin yayımı sabahdan dayandırılacaq.
Bu barədə "Report"a kanalın baş prodüseri Roza Allahverdiyeva bildirib.

O, verilişin hansı müddətə dayandırıldığını bilmədiyini söyləyib: “Bu gün iclas oldu və xanım cəzalandırıldı”.

Qeyd edək ki, Nigar Fərhad aparıcısı olduğu verilişdə "Mənim oğlum olsa, mən ona atası olmayan qızı ala bilmərəm” fikirlərini səsləndirib və onun səsləndirdiyi fikirlər sosial şəbəkədə birmənalı qarşılanmayıb.

Bu gün isə Audiovizual Şura "Kanal S"in yayımının birgünlük dayandırılması ilə bağlı qərar qəbul edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru