Stiven Spilberq tarixin ən yaxşı filmini açıqladı

28-04-2025, 16:28           
Stiven Spilberq tarixin ən yaxşı filmini açıqladı
Rejissor Stiven Spilberq Frensis Ford Koppolanın "Xaç atası" filmini "indiyə qədər ABŞ-də çəkilmiş ən böyük film" adlandırıb.

Gazeta.ru xəbər verir ki, rejissor bunu "AFI Life Achievement Award" mərasimində kino sahəsindəki xidmətlərinə görə Koppolanı mükafatlandırarkən açıqlayıb.

"Sən ABŞ kinosunun qanunlarını yenidən müəyyənləşdirdin. Bu filmi çəkməklə bütöv bir nəsli ilhamlandırdın. Mən həmişə istəyirəm ki, sən mənim işimlə fəxr edəsən", - Spilberq Koppolaya deyib.

O, Koppola ilə ilk dəfə 1967-ci ildə tanış olduğunu xatırladıb. Spilberq həmkarını cəsur adlandırıb.

"Sən müstəqil rejissorların çempionusan. Çünki həmişə onların maraqlarını müdafiə edirsən, həm də yeni ideyalara, fikirlərə qarşı cəsursan", - deyə Spilberq qeyd edib.

Mərasim zamanı Robert De Niro, Al Paçino və digər məşhurlar da səhnəyə çıxaraq Koppolaya təşəkkürlərini bildiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru