"Betmen" filmindəki əfsanəvi avtomobil satışa çıxarıldı

28-04-2025, 16:48           
"Betmen" filmindəki əfsanəvi avtomobil satışa çıxarıldı
"Mecum" hərracında 1989-cu il istehsalı, rəsmi lisenziyalı "Betmobil" təqdim olunub. Bu, filmdəki maşının dəqiq surətidir və işləkdir.

Auto.ru xəbər verir ki, avtomobilin satış qiyməti 260 min dollara çata bilər.

1989-cu ilin "Betmen" filmi (rejissor Tim Börton) franşizanın ən məşhur filmlərindən biridir. Baş rollarda Maykl Kiton, Cek Nikolson və Kim Beysincer çəkiliblər.

Anton Fürst tərəfindən dizayn edilən bu maşın da filmdə ikinci dərəcəli "aktyor" kimi çıxış edib. "Hollywood Productions" şirkətinin istehsal etdiyi avtomobil filmdə istifadə olunmayıb, lakin "Warner Bros." kinoşirkətinin rəsmi lisenziyasını alıb. "Chevrolet Impala" şassisi əsasında qurulan maşın V8 mühərrik və avtomatik ötürücü ilə təchiz edilib.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru