Kəskin arıqlayan Leonardo Di Kaprio görünüşü ilə hər kəsi TƏƏCCÜBLƏNDİRDİ

1-05-2025, 11:18           
Kəskin arıqlayan Leonardo Di Kaprio görünüşü ilə hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Hollivud aktyoru Leonardo Di Kaprio kəskin arıqlama prosedurundan sonra ictimaiyyət qarşısına çıxıb.

Oxu.Az-ın xəbər verir ki, bu barədə fotoları "Daily Mail" paylaşıb.

Paparatsiyalar Leonardo Di Kaprionu supermodel Vittoria Çeretti ilə İbizada istirahət edərkən görüntüləyiblər.

Aktyor sevgilisi və dostları ilə İspaniyanın sahil restoranı "Casa Jondal"dan çıxarkən obyektivlərə tuş gəlib.

Jurnalistlər Leonardo Di Kaprionun kəskin arıqlamasına diqqət çəkiblər.

Sosial şəbəkə istifadəçiləri aktyorun görünüşündən heyrətə düşdüklərini etiraf ediblər. Bəziləri isə onun ikinci tip şəkərli diabet müalicəsi üçün təyin edilən "Ozempic"dən istifadə etdiyi barədə düşüncələrini bölüşüblər.

Qeyd edək ki, bu preparatın inyeksiyaları bir çox məşhurlara artıq kilolardan tez xilas olmağa kömək edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru