ABŞ-li kino ulduzuna məhkəmədən sərt qərar: Psixoterapevtə getməlidir

4-06-2025, 15:38           
ABŞ-li kino ulduzuna məhkəmədən sərt qərar:
ABŞ məhkəməsi "Altıncı hiss" filmi ilə məşhur olan aktyor Heyl Coel Osmentə psixoterapevtə müraciət etməyi və anonim alkoqoliklər klubuna yazılmağı tapşırıb.
Bu barədə "People" jurnalı məlumat yayıb.

Məhkəmənin qərarına əsasən, Osment qarşıdakı altı ay ərzində həftədə ən azı üç dəfə anonim alkoqoliklər klubunun toplantılarında iştirak etməli olacaq. Bundan əlavə, o, həftədə ən azı iki dəfə psixoterapevtlə görüşməli və qanunlara əməl etməlidir.

Əgər Osment məhkəmənin qərarına əməl edərsə, ona qarşı irəli sürülmüş ittihamlar götürülə bilər. Bu məsələ ilə bağlı növbəti məhkəmə iclası 2026-cı ilin yanvar ayına təyin edilib.

Xatırladaq ki, kino ulduzu aprel ayında Kaliforniya ştatında içkili vəziyyətdə saxlanılıb. Onun üzərindən narkotik vasitə də aşkarlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru