2400 manat gəlirlə kim reklama müftə çəkilməz ki?! -

4-06-2025, 17:39           
2400 manat gəlirlə kim reklama müftə çəkilməz ki?! -
Xalq artisti Rasim Balayevin "Rosko" şirkətinin kolbasa reklamına çəkilməsini qınayanlar az deyil. Aktyorun özü isə bu addımına məntiqli izah verərək reklam çarxına çəkilişin maddiyyatla heç bir əlaqəyə malik olmadığını bildirib.

Bundan sonra sosial şəbəkələrdə mədəniyyət və incəsənət xadimlərinin gəlirləri müzakirə doğurub. Yəni elə Rasim Balayevin timsalında bir çox fəxri ad daşıyıcısı olan kino və teatr aktyorların məvacibi və ya pensiyası o qədər çoxdur ki, pulu düşünmədən belə, müftə reklama çəkilə bilərlər?

Yenisabah.az ölkəmizdə mədəniyyət və incəsənət sahəsində fəaliyyət göstərən sənət adamlarının fəxri adları və təqaüdlərinə görə əldə etdikləri gəlirləri araşdırıb.

Maaş və ya pnsiyadan əlavə aktyorlar müxtəlif fəxri adlara görə aylıq təqaüd alırlar.

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü - Azərbaycan xalqı qarşısında böyük xidmətləri olmuş şəxslər üçün təyin edilmiş fərdi təqaüddür. Prezidentin 11 iyun 2002-ci il tarixli fərmanı ilə Azərbaycanın ədəbiyyat və incəsənət xadimlərinin, elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyində və digər sahələrdə böyük əməyi olmuş şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə təsis edilib.

Fərdi təqaüd Azərbaycan Respublikası Prezidentinin qərarı ilə dövlət büdcəsi hesabına verilir. Təqaüdün məbləği 1500 manatdır və ömürlük verilir. Lakin təqaüd alan vəfat etdikdə, qanunvericiliklə müəyyən olunmuş qaydada, itkin düşmüş və ya ölmüş elan edildikdə təqaüdün ödənişi dayandırılır.

Son statistik məlumatlara görə, 2024-cü ildə Prezidentin fərdi təqaüdünü alan şəxslərin (ümumən 329 nəfər) 236 nəfəri kişi, 93-ü qadın olub. 2018-ci ildə bu rəqəm - 414, 2019-cu ildə - 416, 2020-ci ildə - 416, 2021-ci ildə - 365, 2022-ci ildə - 341, 2023-cü ildə isə 345 olub. Yəni son illər Azərbaycan Prezidentinin fərdi təqaüdünü alanların sayında azalma baş verib.

Bundan əlavə ölkəmizdə “Xalq” fəxri adına görə 200 manat, “Əməkdar” fəxri adına görə 150 manat aylıq Prezident təqaüdü verilir. Prezident təqaüdü təyin olunmuş şəxslərin 247 nəfəri “Xalq”, 4495 nəfəri “Əməkdar” fəxri adı daşıyan şəxslərdir.

Mədəniyyət xadimləri əlavə olaraq, “Əməkdar incəsənət xadimi”, “Əməkdar mədəniyyət işçisi”, “Xalq yazıçısı”, “Xalq şairi”, “Xalq rəssamı” “Əməkdar rəssam” kimi fəxri adlara görə 120 manat məbləğində təqaüd alır.

Xatırladaq ki, hələ 2017-ci ildə Kinomatoqrafiyaçılar İttifaqı mətbuat xidmətinin rəhbəri Əli Vəliyev qeyd edib ki, R. Balayev ayda 1300 manat prezident təqaüdü, 1000 manat şəxsi pensiyasını, xalq artisti adına görə 100 manat, orden və medallarına görə də müəyyən ödənişlər alır:

"Bundan əlavə reklam və seriallara da çəkilir və özünü də dediyi kimi istədiyi qonorarı ala bilir. Buna baxmayaraq, Rasim Balayev istənilən vaxt qurumumuza müraciət edərsə, ona köməkilk göstərməyə hazırıq. Şəfiqə Məmmədovanın dediyi kimi, "çünki o Rasim Balayevdir””.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.