Billi Ayliş və Ceyms Kemeron birgə layihə üzərində işləyirlər
Bu gün, 17:08
Mançesterdəki dörd konsertdən birincisi zamanı Billi Ayliş tamaşaçılara müraciət edərək "Titanik" və "Avatar" filmlərinin rejissoru Ceyms Kemeronla birgə layihə üzərində işlədiyini açıqlayıb.
Oxu.Az "Daily Afisha"ya istinadən xəbər verir ki, müğənni hazırda üçüncü albomu olan "Hit Me Hard and Soft"u tanıtmaq məqsədilə qastrol səfərindədir.
"Yəqin ki, burada həmişəkindən daha çox kamera olduğunu görürsünüz. Çox şey deyə bilmərəm, amma onu deyə bilərəm ki, Ceyms Kemeronla birlikdə çox xüsusi bir layihə üzərində işləyirəm və bu, 3D formatında olacaq", - deyə Ayliş bildirib.
Əməkdaşlığın detalları hələlik açıqlanmasa da, müğənninin pərəstişkarları film-konsertin hazırlanacağı ehtimalını irəli sürürlər.