Aysel Əlizadə Hadı Rəcəbliyə ŞEİR YAZDI – “Nə pensiya gözləyir, nə çörək dərdi çəkir”

4-03-2017, 06:34           

Qarnı toxdu, nə bilir
millətim nələr çəkir.
Nə pensiya gözləyir,
nə çörək dərdi çəkir.
Fəhləliyə göndərir
Millətin başlısını,
pensiyasız saxlayır
ölkənin yaşlısını.
Nə ağıllı danışır,
nə də ki, susa bilir.
Ağzına gələnləri
xalqına qusa bilir.
Mənim də nənəm olub
ondan cavan yaşında.
El anası sayılıb,
sevib qonum – qonşu da.
Əl tutub, çörək verib
canı yanıb kasıba.
Ən hörmətli adam tək
axışıblar yasına.
Bu adam nə düşünür,
nə gəzdirir başında?
Niyə hörmət qoymayır
özünə bu yaşında?
Pəncərəmin altında
o göy satan qadının
gözlərilə çəkdiyi
altmış il tamamını
bir kəlməylə uzatmaq
ona nə asan gəlir,
ümidini dağıtmaq
ona nə asan gəlir…
Hər sözü, hər kəlməsi
ovcuna göydən düşən
mandat kimi görünür.
Hər sözülə beləsi
xalqa meydan oxuyan
bandit kimi görünür.
Deputat,
daha olmur.
Dözüləsi deyilsən.
Şeirə, hekayəyə
yazılası deyilsən.
Qələmin işi daşır.
Yorma özünlə bizi.
Adam elə yaşayar,
ölməyə ola üzü.
(faktor.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru