Son günlərini yaşayan Xalq artistinin həyat yoldaşı: - “Nə qədər çağırdımsa...”

24-06-2017, 15:58           
Son günlərini yaşayan Xalq artistinin həyat yoldaşı: - “Nə qədər çağırdımsa...”
Xalq artisti, muğam ifaçısı Qəndab Quliyevanın vəziyyəti ağırdır.

Bu barədə AzNews.az-a sənətkarın həyat yoldaşı məlumat verib. Onun sözlərinə görə, həkimlər Qəndab Quliyevanın yaşamasının imkansız olduğunu bildirib:

“Vəziyyət ağırdır. Həkimlər onu süni nəfəs aparatına qoşub. Mənə bildirdilər ki, onun həyata dönməsi Allaha bağlıdır. Əgər onu süni nəfəs aparatından ayırsalar, elə oradaca keçinəcək. Daha əlac yoxdur. Dünən icazə alıb reanimasiyaya girdim. Sol-sağ tərəfinə keçdim, nə qədər çağırdımsa, cavab vermədi. Gözlərini güclə açıb mənə baxdı və yenidən yumdu.

Xalq artistinin həyat yoldaşı onu da vurğulayıb ki, həkimlər Qəndab Quliyevanın son günlərini, bəlkə də saatlarını yaşadığını deyib.

İki gün əvvəl Xalq artisti Qəndab Quliyevanın səhhəti pisləşib. O, hazırda Respublika Diaqnostika Mərkəzinin Reanimasiya şöbəsində müalicə olunur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.