Məşhur aktyordan jurnalistlərə böyük təklif - "Peyvənd haqqında həqiqəti yazana 100 min dollar"

2-09-2017, 08:12           
Məşhur aktyordan jurnalistlərə böyük təklif  - "Peyvənd haqqında həqiqəti yazana 100 min dollar"
ABŞ-ın tanınmış aktyor Robert De Niro, mübahisəli uşaq peyvəndləri ilə bağlı həqiqəti yazacaq jurnalistlərə 100 min dollar mükafat təklif edib.

Moderator.az bildirir ki, De Niro Vaşinqtonda qatıldığı bir tədbirdə ABŞ-dakı uşaq vaksinlərinin etibarlılığını soruşub.

Robert De Niro uşaqlara tətbiq edilən qızılca, məxmərək və xanazır peyvəndlərində civə əsaslı qoruyucu maddə "timerosal" istifadəsinin otizmə səbəb olub-olmadığının araşdırılmasının lazım olduğuna diqqəti çəkib. Və bu məsələdə "həqiqəti yazacaq" jurnalistlərə 100 min dollar mükafat da təklif edib.

De Niro oğlu Elliotın timerosal ehtiva edən peyvənd edildikdən sonra otizmə yaxalandığını deyib. Məşhur aktyor bu məsələdə tək deyil, çünki daha əvvəl də minlərlə ailə bu və s. peyvəndlər olunduqdan sonra övladlarının öldüyünü, əlil olduğunu və otizmə yaxalandığını bildirib.

Məşhur aktyor bəzi peyvənd növlərinin uşaqlarda otizmə yol açdığını dilə gətirən Endryu Vakefieldın ekranlaşdırılmış və üzərinə götürdüyü "Vaxxed" adlı sənədli filmə də dəstək verib. Ancaq sənədli film "peyvənd əleyhinə olduğu" üçün tənqid edilmiş və baş verən mübahisələrin ardından De Nironun banisi olduğu Tribeca Film Festivalındakı sənədli filmin nümayişi ləğv edilmişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.