Siyavuş Kərimi məşhur xanəndəni işdən çıxardı - Müəllimlər etiraz edir

15-09-2017, 19:39           

teref.az-nun ölkə.az-a istinadən məlumatına görə, ötən gün keçirilən iclasda üç nəfər xanəndə-pedaqoq işdən azad edilib. Qeyd edilir ki, işdən azad olunan müəllimlər sırasında tanınmış xanəndə, əməkdar artist Cabir Abdullayevin də adı var.

Məlumata görə, ixtisara düşən bəzi müəllimlər qərara etiraz etsələr də, rektor Siyavuş Kərimi tələbələrin fikrini onlara çatdırıb:

"Tələbələr sizdən razı deyillər. Bizə tələbələrdən xeyli ssayda müraciət daxil olub. Onlar Mənsum İbrahimov və Təyyar Bayramovun sinfində təhsil almaq istəyirlər".

Qeyd edək ki, daha iyirmi müşayiətçi-müəllim işdən azad edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru