Türkiyə gömrüyündə qalmaqal — Ukraynalı müğənninin yaşlı olduğuna inanmadılar

19-09-2017, 19:16           


Ukraynanın məşhur müğənnisi Natalya Dzenkiv Türkiyə hava limanında qalmaqal yaşayıb.

"Ölkə.Az" xəbər verir ki, Lama adı ilə məşhur müğənnini hava limanının pasport yoxlanış bölümündə saxlayıblar. Onu bir müddət sərhəddən buraxmayıblar.
Natalya bu barədə İnstaqram səhifəsində məlumat verib. Dəniz fonunda olan fotosunun altına müğənni "Türkiyə məni qəbul etmək istəmirdi"-deyə yazıb.
Dzenkiv bildirib ki, türk hüquq-mühafizə orqanları onun yaşlı olduğuna inanmayıblar. Pasporta görə 41 yaşı olan müğənni çox cavan görünür. Yaxınlıqdan keçən pərəstişkarları müğənnini tanıyıblar və qalmaqal başa çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru