"Bu günə kimi mənə 17 maşın hədiyyə edilib" - FOTO

20-09-2017, 23:06           

"Əgər qarşıma çıxan hərtərəfli məni qane edərsə, sənəti ataram və ərə gedərəm"
"Sağ olsun mənim dəyərli, əxlaqlı dostlarım, xanım rəfiqələrim. Oxumuşam, o qədər səsimdən həzz alıblar ki, mənə maşın hədiyyə ediblər. Tək maşın yox, nələr hədiyyə bağışlayıblar. Bundan əvvəlki maşınım 50 min dollara idi. Yeni avtomobilim tamam başqadır". teref.az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Mətanət Əsədova "5/5" verilişinə açıqlamasında deyib. Sənətçi bu günə kimi ona 17 maşın hədiyyə olunduğunu söyləyib. Bir müddət əvvəl ailə qurmağa hazırlaşdığını deyən M.Əsədova toyun təxirə düşdüyünü söyləyib. Müğənni son günlər sosial şəbəkədə paylaşdığı romantik fotolardan danışıb: "Toy məsələsini bağladıq. Əgər qarşıma çıxan hərtərəfli məni qane edərsə, sənəti ataram və ərə gedərəm. Mənə ailə önəmlidir. Eyni zamanda da pul önəmlidir. Pulsuz gəlsin qabağımda otursun? Elə olar? Deyim, pulsuz biri yanımda otursun? Bu gülüncdür. Pulum yoxdur deyə, klip çəkdirə, konsert verə bilmirəm. Ac-yalavac birini neynirəm? Ona görə sənət atacam?"












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru