Turan İbrahimov Şeyxin qudası haqqında: Danışdıqca batır

21-09-2017, 14:03           

"ATV səhər” proqramında yenidən aparıcı kimi fəaliyyətə başlayan Turan İbrahimov son günlər mətbuatda Allahşükür Paşazadə ilə qudası Hacı Qalib Salahzadə haqqında yazılanlara münasibət bildirib.
UlduzumSan.Az Oxu.Az-a istinadən xəbər verir ki, o, canlı yayımda "Əslində, bu hay-küyün ortaya çıxmasında günahkar kimi Şeyxin qudası, keçmiş millət vəkili və onun işlətdiyi ifadələr göstərilir. O müsahibəni mən də oxumuşdum, "Şeyxin hələ bu vəzifədə oturmaq imkanı, gücü var, hələ gəncdir və ondan sonra da, yəqin ki, varisi oğlu olar” şəklində ifadələri müzakirələri genişləndirdi. Məncə, Hacı Qalib Salahzadə bu müzakirələrdə sakitləşdirici rol oynamaq istəyirsə, gərək, ümumiyyətlə, danışmasın. Danışdıqca batır. Bütün Qafqazın şeyxi, dini-mənəvi liderinin oğlu iki rükət namazı zorla qılırsa, necə imanlıq edə bilər?” söyləyib.

Sözügedən videogörüntünü təqdim edirik.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru