Azərbaycan sənədli filmi Böyük Britaniyanın film festivalında nümayiş olunacaq

25-09-2017, 08:35           
Azərbaycan sənədli filmi Böyük Britaniyanın film festivalında nümayiş olunacaq
Azərbaycanlı rejissor, aktyor, Azərbaycan Kinematoqrafçılar İttifaqının və Azərbaycan Professional Kinorejissorlar Gildiyasının üzvü Rüfət Əsədovun "Kənddə sonuncu yəhudi" sənədli filmi Böyük Britaniyanın Romford film festivalı çərçivəsində 2017-ci ilin ən yaxşı filmləri siyahısına seçilib.
"Report"un Qərbi Avropa bürosu məlumat verir ki, film 6-9 oktyabr tarixlərində Londonda baş tutacaq festivalda nümayiş etdiriləcək və festivalın "Rommy" mükafatı uğrunda mübarizə aparacaq. Film ailəsi, qohumları İsrailə köçsə də doğulduğu kəndi tərk etməyib Azərbaycanda qalmağı seçən 83 yaşlı Meir Manaşirovdan bəhs edir.
Böyük Britaniyanın tanınmış aktyorları Vinston Ellis, Kassandra Frenç, Samüel Anderson Romford film festivalın jüriləri sırasındadırlar.
Qeyd edək ki, Rüfət Əsədovun "Kənddə sonuncu yəhudi" sənədli filmi İsrailin Afula şəhərində keçirilmiş "Near Nazaret" film festivalında nümayiş olunaraq, festivalın iki diplomuna layiq görülüb. Diplomun biri xalqlar arasında anlaşma və dostluğun möhkəmlənməsinə görə verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru