İtkin düşən müğənni Almaniyada tapıldı

25-09-2017, 10:07           
İtkin düşən müğənni Almaniyada tapıldı
Çeçenistanın Daxili İşlər Nazirliyi tərəfindən axtarılan itkin düşmüş müğənni Zəlimxan Bakayev Almaniyada tapılıb.

Axar.az xəbər verir ki, bu barədə “Qroznı” televiziyası informasiya yayıb. Telekanalın yayımladığı materialda Bakayevin musiqi sədaları altında rəqs etdiyi görünür. Gənc müğənni avqust ayının ortalarında Almaniyaya gəldiyini və dostunun yanında yaşadığını bildirib.

“Gənc oğlan sağ-salamatdır və tamamilə sağlamdır. Çox güman ki, vaxtını öz zövqünə uyğun şəkildə keçirir”, - telekanal məlumat verib.

Qeyd edək ki, avqust ayının 8-də bacısının toy mərasimində iştirak etmək üçün Çeçenistana gələn gənc müğənninin anası polisə müraciət edərək oğlunun itkin düşdüyünü bildirmişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.