“Mən Vaqif Mustafayevlə işləmək üçün buradayam”

26-09-2017, 16:41           
“Mən Vaqif Mustafayevlə işləmək üçün buradayam”
Tanınmış yazıçı və aparıcı Orxan Fikrətoğlu yeni tele mövsümdən “Space” tv-də fəaliyyətə başladı. Qısa müddətdə geniş auditoriya toplamağı bacaran "Gecə düşüncələri" layihəsinin müəllifi Orxan Fikrətoğlu “Space” tv-də fəaliyyət göstərməsinin səbəblərini belə açıqlayıb:”“Space”tv-dən qabaq kanalın prezidenti Vaqif Mustafayevi tanıyırdımvə onunla birgə işləməyə gəlmişəm:”Elə bil ki min ildir burdayam.Rəhbərlikdən tutmuş sıravi işçilərə qədər hamı hörmətimi saxlayır”. Orxan Fikrətoğlu həmçinin reytinq probleminə də toxunub:”Mənim layihələrimə baxan milli azlıq Üzeyir Hacıbəyovun ilk operası zamanı zalda oturan on iki nəfərin övladlarıdır.Onu da unutmayın ki,bizi millət edən də həmin o on iki adamın düşüncəsidir.O adamlar az olduğu üçün reytinqə təsir edə bilmirlər.Yəqin ki mənə o adamlar baxacaq. Mən onlar üçün işləyirəm”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru