Məşhur "Feliçita" mahnısı "Qarabağ"ın şərəfinə dəyişdirildi - VİDEO

27-09-2017, 18:53           

"Qarabağ" futbol klubunun şərəfinə məşhur "Feliçita" mahnısının sözləri dəyişdirilərək azərbaycan dilində səsləndirilib.
Publika.az xəbər verir ki, mahnının sözləri Fuad adlı şəxsə, səsləndirilməsi isə Sənan Nağıya məxsudur. "Qarabağım" mahnısı "Roma"- "Qarabağ" oyunundan öncə komandaya dəstək məqsədilə hazırlanıb.
Video Sənan Nağının yutub kanalında paylaşılaraq çoxsaylı istifadəçilər tərəfindən dinlənilib.
"Feliçita"nın "Qarabağım" kimi dəyişik verisyasını təqdim edirik:
Qarabağım!
Varlığım mənim, həyatım mənim - Qarabağım!
Səninlə sevginlə fırlanır dünya - Qarabağım!
Sənin üçün yaradıb sənin üçün yaşayıram,
Qarabağım, Qarabağım!!!
İlhamım mənim, sevincim mənim - Qarabağım!
Həyat səninlə al-əlvandır - Qarabağım!
Sənin sevdanla açılır səhərim Qarabağım,
Qarabağım, Qarabağım!!!

Cənnətin özü, dünyanın gözü - Qarabağım!
Sirin sözüm, gülən üzüm - Qarabağım!
Aşiqəm sənə, eşqim mənim Qarabağım, Qarabağım!

Qurban adına, kürən atına, İsa bulağına,
Güllərin gözəli Xarı bülbülünə.
Cahan gözəl üzük, sənsə o üzüyün mirvarisi
Sən Vətənlər Vətəni - Qarabağım!













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru