Aysel Əlizadənin erotik şeirinə cavab yazılıb. Elvin Novruzov yazdığı cavabı aktual.az-a göndərib. Həmin şeiri təqdim edirik:
Tutur əllərindən indi yad əllər, Baxır gözlərinə indi özgələr. Sənin gözlərində mənim əksim var. Çox baxma, gözündə məni görərlər. Öpdürmə dodağını, Bir öpüşdə üç ad olmaz. O öpüşdə heç dad olmaz. Öpdürmə əllərini, Əllərində bədənimin qoxusu. İndi hopub əllərimin qoxusu Daratdırma saçlarını. Toxundurma bədəninə... Bədəninin hər hissəsində mənim izim var Kürəyində solub saralan öpüşlərimin izi kimi soluram mən, Bulud kimi doluram mən Yağmaq istəyirəm saçlarına Ordan axıb bədəninə soyutmaq istərəm səni. Gəl, yatağım bomboş durub... Ayrıldığımız zaman sevişdiyimizdə bədənindən axan tər izləri yorğanımda durub hələ... Ətrini ordan alıram. Sənsiz artıq qocalıram...