Anar Nağılbaz həyat yoldaşı ilə bağlı dəhşətli faktlar açıqladı: "O, ata evinə dönə bilməzdi, hər dəfə bir "JEEP"lə gəlirdi"
7-12-2017, 19:42
Porno videosu ilə mətbuatın gündəmininə çevrilən Anar Nağılbaz yeni sensassion açıqlamalar verib.
Cebhe.info-nun məlumatına görə, repçi "Facebook" profilində status paylaşıb.
O, intim videosundan, sabiq yoldaşından və uşaqlarından yazıb. Repçi qeyd edib ki, son olaylardan sonra şəkər xəstəliyinə tutulub:
"Məni psixotrop maddələrlə zəhərləyib, zombi halına salıblar"
"İki ilə yaxındır ki, əsəbdən, stressdən depressiyadayam. Yüksək dərəcədə şəkər qazandiğım isə bu son günlərdə bəlli olub. Halbuki nəslimizdə şəkər xəstəsi olmayıb. O, dəfələrlə mənə "İntihar et, niyə yaşayırsan?" deyib. Məlum videonu illərdir əllərində bayraq edənlərin istəkləri isə daha böyük olub: şuba, "iPhone", maşın, şou-biznes sferasında yanımda görünmək... Hər dəfə də bu video başıma vurulub. Mənim isə o hadisə yadımda deyil, ya quramadır, mən deyiləm, ya da məni psixotrop maddələrlə zəhərləyib zombi halına salıblar. Praqadan sonra 6 ay yaşadığımız müdətdə əllərinə keçənləri toplamaqla yeni iftira kompromatlar yığmağa başladılar və bu 2 il ərzində davam elədi".
"6 ay içkiyə qurşandım... Pulsuzluqdan taksi sürücüsü işləyirdim"
Nağılbaz deyib ki, keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva onun evlənəcəyi xəbəri eşidib, hücuma keçib:
"Həmin 6 ay müddətində parçalanan ürəyimi sakitləşdirmək üçün içkiyə, özü də pis qurşandım. Amma yenə də atamın himayəsi və taksi sürücüsü kimi də arada avtovağzaldan Dərbəndə adamlar aparırdım, papağı gözümün üstünə salırdım ki, tanımasınlar. Yeni ildə ayrildıq. Ev tələbləri, şantajlar bitmirdi... Hər gün gəlib dəyirdim, uşaqlarıma ərzaq və istədiklərini alırdım. O qadın qaldığımız ata evinə dönə bilməzdi. Amma uşaqların balaca olduğlarını nəzərə alaraq anasız da qoymamağa qərara gəldik, çünki bu yaşlarda uşaqlar anaya daha bağlı olur. Bir söz də var, uşaqlar anadan yetim qalır. Olmadığım müddətdə uşağı dərsə aparıb gətirmək adıyla gec qayıdırdı, bəzən günlərlə bacısının yanında qalacağını deyirdi. Hər dəfə də cürbəcür xarici bahalı "JEEP"lərdə dönürdü. Biz ayrıldığımız müddətdə də tez tez uşaqlarımla görüşüb gəzintiyə aparir, istədiklərini alırdım. Aylıq xərcləri isə artığlamadan da yuxarı ödənirdi. Artıq xasiyyətini bildiyimizdən əlindən iltizam alınırdı və ya poçtla göndərilirdi".
"Uşaqları əlində bayraq edib, psixikasını pozub"
A.Nağılbaz sosial durumunun olduqca pis olduğunu da xüsusi vurğulayıb:
"Son aylarda yaşlı ata-anamın və mənim səhhətimdə pisləşmələr oduğundan atam xahiş etdi ki, qızım, 2 ay möhlət ver, müalicə alaq, vəziyyət pisdir. Qoy 2 ay da neft şirkətində işləyən, yüksək maaş alan qardaşın-bacın, valideynlərin sənə yardım etsin. Amma yenə də kirayə haqlari verilib və oğlum və qizım üçün qış geyimlərinin ən yaxşısını almışam. Yayda 2 ay usaqlar yanımızda olublar. Məlum videodan bir qədər əvvəl də 4 gün yanımda qalıblar. Daha sonra evlənəcəyim və klip çəkilişinə göndəriləcəyimi eşidib yenə şantaja əl atdı və 2 gün sonra məlum video çıxdı. Elə düşünür ki, mən varlı ailədən evlənirəm və kliplər də çəkirəmsə pullanmışam. Mən, ayda tələbələrimnən iş birliyimdən elə olur heç nə qazanmıram, ancaq siqaretimə, yol puluma yetər, elə ay da olur nəsə qazananda sevincək qaçıb uşaqlarımçun nəsə edirəm. Uşaqları əllərində bayraq edib, psixikasını pozublar".
"O, əməllərinə görə məhkəmədə cavab verəcək"
Repçi intim videosunu yayanları məhkəməyə verəcəyini də qeyd edib:
"Hər bir şeyin cavabı məhkəmədə həllini tapacaq inşallah. Bu videonu kimlərin və necə qurduğu mənə də maraqlıdır. Əgər psixotrop maddələr veriblərsə deməli, başqa işlər də edə bilərlər".