Röya Türkiyədə nüfuzlu mükafat aldı - Foto

11-12-2017, 08:55           

Türkiyədə 32 nominasiya üzrə verilən “Qızıl Kəpənək” mükafatlarının təqdimetmə mərasimi keçirilib.

Kult.az xəbər verir ki, mükafat alanlar arasında Azərbaycanın əməkdar artisti Röya Ayxan da var. O, “Azərbaycanın ən parlaq ulduzu” nominasiyası üzrə qalib olub.

Bundan başqa, Türkiyənin meqastarı Tarkanın “Məni çox sev” mahnısı “ilin mahnısı” seçilib. Tarkan həmçinin “ən yaxşı kişi pop musiqiçi” nominasiyası üzrə də qalib olub. “Ən yaxşı qadın pop musiqiçi” mükafatı isə Sezən Aksuya verilib.

Türkiyənin məşhur aktyor-aktrisaları Kənan İmirzalıoğlu, Tuğba Böyüküstün, Ərkan Pətəkqaya, Cansu Dərə isə "möcüzə yaradanlar" nominasiyası üzrə laureat olublar.

“Ən yaxşı yarışma” “Survayvor” seçilib və layihə rəhbəri Acun İlıcalı mükafatı qəbul edib. “Ən yaxşı film mükafatı”na isə “Kanal D”-də yayımlanan “Vətənim sənsən” layiq görülüb.

Qeyd edək ki, “Qızıl Kəpənək” mükafatı hər il televiziya və musiqi sahəsində verilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.