Məşhur aktrisa marketdə oğurluq edərkən saxlanılıb

26-12-2017, 13:01           
Məşhur aktrisa marketdə oğurluq edərkən saxlanılıb
Məşhur ABŞ-lı müğənni və aktrisa Lainie Kazanın oğurluq edərkən yaxalandığı iddiası maqazin gündəminə bomba kimi düşüb.
TMZ saytı, 77 yaşlı ulduzun Kaliforniya ştatının San Fernando Vadisində bir marketdən ərzaq oğurlamağa çalışarkən həbs olunduğunu irəli sürüb.
“Maria Portokalos” rolu ilə yaddaşlara həkk olunan Kazan ötən gün getdiyi marketdən 180 dollar məbləğində alış-verişinin pulunu ödəmədən çıxmağa çalışıb.
Məşhur aktrisanın salafanlarda yeməklər gizlətdiyini fərq edən market işçiləri polisə xəbər verib. O, işçilərdən üzr istəyərək yanında pulu olmadığı üçün ödəniş edə bilmədiyini bildirib.
Oğurluq cinayətinə görə saxlanılan və qandalla polis mərkəzinə aparılan Kazan girov ödəmədən azadlığa buraxılıb.
Sənətkar oğurluq iddiaları ilə bağlı heç bir açıqlama verməyib.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.