Azərbaycanın əməkdar artısti ailəsi ilə birlikdə London teatrından qovuldu

3-04-2018, 23:32           
Azərbaycanın əməkdar artısti ailəsi ilə birlikdə London teatrından qovuldu
Dünən axşam London teatrlarından birində “Ələddin” tamaşasının başlamasına 5 dəqiqə qalmış bu tamaşaya 600 avro ödəyərək bilet almış Azərbaycanın əməkdar artısti Yusif Eyvazov, həyat yoldaşı və oğlu teatrdan qovulublar.

Virtualaz.org xəbər verir ki, bu barədə özünün “İnstagram” səhifəsində Yusif Eyvazovun həyat yoldaşı, məşhur Rusiya opera müğənnisi Anna Netrebko məlumat verib.

Onun sözlərinə görə, əri Lester-skverdə 600 avroya bilet alıb. Lakin sonradan müəyyənləşib ki, bu biletlər saxtadır.

Bununla bağlı Y.Eyvazov deyib: “İndi isə gedirik pulumuzu geri almağa”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru