Küçədə mahnıya qulaq asmaq qadağan edildi

10-04-2018, 09:22           

Türkmənistanın paytaxtı Aşqabadda polis küçədə qulaqcıqla gəzən sakinləri cərimələməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.

Yerli qanunvericiliyə görə, vətəndaşlar qulaqcıqlarla yolu keçərkən həyatlarını təhlükəyə atırlar. Aşqabadda qulaqcıqla musiqiyə qulaq asdıqları üçün ağır qəzaya uğrayanların sayında əsaslı artım müşahidə olunur. Hökumət "qulaqcıqla yolukeçmə" maddəsini yol hərəkəti qaydalarına əlavə etməklə qəzaların sayını azaltmağı düşünür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru