“Adamı buna görə öldürərlər” - Onu söyənlərə cavab verdi

10-04-2018, 16:27           

Əməkdar artist Aybəniz Haşımova Azərbaycanda internet portallarının bağlanmasını istəyir. “Qafqazinfo” xəbər verir ki, bu barədə müğənni “facebook” sosial şəbəkəsində status yazıb.
Sənətçi bildirib ki, əksər insanlar kompyuter arxasında şirə çevrilirlər:
“İlham Əliyev cənablarından xahiş etmək lazımdır ki, internet portallarının hamsının bağlanması haqqında qərar versin. Səviyyəli insanlardan bu ifadəmə görə üzr istəyirəm. Anasından, bacısından, özünün kişiliyindən xəbəri olmayanlar kompyuter arxasında şirə, pələngə dönürlər”.
***
Müğənni "Qafqazinfo"ya açıqlama verərək yazdığı statusa aydınlıq gətirib:
“Feysbukda qruplar açırlar, orada yetirəni söyürlər, təhqir edirlər. Guya özlərindən sorğu düzəldirlər. Adamı buna görə öldürərlər. İnsanları bu həddə niyə çatdırırlar? “Youtube”a bir mahnı qoymağama peşman olursan. Altından ağzına gələni yazırlar. İnstaqram, feysbukda da vəziyyət belədir. Biz hara gedirik? Bu nə biabırçılqıdır? Biz bir-birimizi öldürürük. Bəs deyil? Buna “dur” deyən olmalıdır. Kimin ürəyi nə istəyir yaza bilər və heç kəs buna görə məsuliyyət daşımamalıdır?
Fikrimi tam izah edə bilməmişəm. Xəbər portallarını nəzərdə tutmamışam. Sözlərim sosial şəbəkədə artıq-əksik yazanlara aiddir. Yazılanlar bu ölkəni uçuruma aparır. Belə davam etsə, ölkədə adam qalmayacaq, hamı bir-birini öldürəcək. yazan adamları tapmaq mümkün deyil? Biri haqqında məlumat öyrəndim, lazımı orqanlara təhvil verdim. Mən nə vaxta kimi polisə şikayət edəcəm, onları narahat edəcəm?”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.