“Uşaqlarımı keçmiş xanımımın əlindən alacam” – Anar Nağılbaz

10-04-2018, 21:07           
“Uşaqlarımı keçmiş xanımımın əlindən alacam” – Anar Nağılbaz
Məşhur reper Anar Nağılbaz keçmiş həyat yoldaşı Anjelika Cəbiyevanın mətbuata verdiyi müsahibələrdən danışıb.
Musavat.com saytına açıqlama verən reper eks-xanımının qayınatası, keçmiş millət vəkili Rizvan Cəbiyevin şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılması barədə açıqlamasına münasibət bildirib: “Bizə iftira atırlar, hamısının sübutu var. Plan qurub, yalan məlumatlar yayırlar. Hüquq-mühafizə orqanları bu məsələni araşdırır. Onların cavabları veriləcək. 3 ildir ki, boğaza yığılmışıq. Əslinə qalsa, 10 ildir ki, zülm çəkirəm”.
- Tolikin aparıcılıq etdiyi “Hər şey daxil” verilişində Həsən adlı şəxs Anjelika ilə uşaqlarınızın kirayədə qaldığı evin pulunu ödədi. Tolik də dedi ki, “Anar, reper atası olma, uşaqlarının atası ol”. Başqa kişinin övladlarınızın ev pulunu ödəməsi sizə necə təsir etdi?
- Siz onların instaqram səhifəsinə baxsanız, görərsiniz ki, şan-şöhrət dalınca qaçırlar. Mən uşaqlarımın atasıyam. Onlar isə ayrı yuvanın quşudur. Hamısının cavabı veriləcək. Uşaqlarıma gəldikdə isə ev pulları artıqlaması ilə verilir, ehtiyacları ödənilir. Aylıq 700-800 manat, hətta min manat onlara pul ödəyirik.
- Hər zaman keçmiş xanımınız haqqında müxtəlif ittihamlar səsləndirirsiniz. Övladlarınızı nə zamansa öz yanınıza almağı düşünürsünüz?
- Mənim səhvim oldu ki, uşaqları ona verdim. Səhvi 10 il öncə etmişəm. Ana-bacısının hiyləsi ilə evləndik. Sonra da tələləri davam etdi. Məhkəmə vasitəsi ilə uşaqlarımı tələb edəcəyəm. Elə insanda uşaqların qalması doğru deyil. Uşaqlarımı özüm böyüdəcəyəm.
- Bir müddət öncə ailə quracağınızı demişdiniz. Xanımınız uşaqları qəbul edəcək?
- Bu haqda danışmaq istəmirəm. Uşaqlarım mənim yanımda böyüyəcək, vəssalam...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.